Qadınlardan ibarət həndbol üzrə dünya çempionatının ilkin seçmə mərhələsinin oyunları başa çatıb.

Futbolinfo.az xəbər verir ki, bu oyunlardan sonra ikinci qrup mərhələsinin iştirakçıları müəyyənləşib.

Həmin qruplarla sizi tanış edirik:

A qrupu: İsveç, Xorvatiya, Seneqal.
B qrupu: Monteneqro, Macarıstan, Kamerun.
C qrupu: Norveç, Avstriya, Cənubi Koreya.
D qrupu: Fransa, Sloveniya, Anqola.
E qrupu: Danimarka, Rumıniya, Serbiya.
F qrupu: Almaniya, Polşa, Yaponiya.
G qrupu: İspaniya, Braziliya, Ukrayna.
H qrupu: Niderland, Çexiya, Argentina.

Çin, Paraqvay, Qrenlandiya, İslandiya, Çili, İran, Qazaxıstan və Konqo yığma komandaları dünya çempionatını tərk ediblər.

Xatırladaq ki, hazırkı dünya çempionu Norveçin qadınlardan ibarət milli komandasıdır. Onlar 2021-ci ildə finalda Fransa komandasına qalib gəlmişdilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp