MBA-da daxili turnirin yarımfinalçıları məlum olub. Bu gecə keçirilən iki ¼ final oyunundan sonra “Miluoki Baks” və “Los-Anceles Leykers” də Las-Veqasa yollanacaq.

Miluokidə yerli komanda “Nyu-York Niks”i 146:122 hesabı ilə məğlubiyyətə uğradıb. Yannis Adetokumbo görüşü 35 xal, 8 ribaund və 10 assistlə tamamlayıb. Demian Lillardın aktivində 28 xal var. Görüşdə ən məhsuldar oyunçu qonaqların üzvü Rendl olub. O, 41 xal toplayıb.

Los-Ancelesdə keçirilən oyun daha gərgin alınıb. Son saniyələrdə Ostin Rivsin 3 xallıq atışı meydan sahiblərinə qələbə qazandırıb. Kevin Dürant daha sonra hesabı bərabərləşdirmək imkanı zamanı dəqiq olmayıb. Lebron Ceyms oyunu 31 xal, 8 ribaund, 11 assist və 5 topalma ilə bitirib. Entoni Devisin aktivində 27 xal və 15 ribaund var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp