UEFA “Qarabağ” klubunu 1750 avro cərimələyib.
Futbolinfo.az xəbər verir ki, buna Azərbaycan çempionunun azarkeşlərinin Almaniyada “Bayer”ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunundakı davranışları səbəb olub.
Fanatlar pirotexniki vasitələrdən istifadə ediblər.
“Köhlən atlar” 4-cü turda bu komandaya qarşı Bakıdakı matça görə isə xəbərdarlıq alıb. “Qarabağ”ın 5 futbolçusu həmin vaxt sarı vərəqə ilə cəzalandırılıb. (Report)
Oktyabrın 26-da reallaşan qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Noyabrın 9-dakı görüşdə isə Bundesliqa klubu minimal hesablı qalibiyyətə sevinib – 1:0.