Karluş Keyruş istefaya göndərilib. O, Qətər yığmasının baş məşqçi postundan uzaqlaşdırılıb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Qətərin evsahibliyi edəcəyi Asiya Kubokunun startına 37 gün qalarkən bu aqibətlə üzləşib. Yerli federasiya tərəflərin müqaviləyə qarşılıqlı razılıqla xitam verdiyini bildirib, səbəbi açıqlamayıb. Mətbuatda yazılanlara inansaq, milli oyunçuları onun iş prinsiplərindən razı olmadıqları üçün istefasına səbəbkar olublar.

Vaxtilə “Real”ı da çalışdırmış Keyruş elə Qətərdə baş tutan son Dünya Çempionatından sonra İran millisindən istefaya gööndərilmiş, bu ilin fevralında qətərlilərlə anlaşmışdı.

Shares: