Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 4-cü turun daha bir oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Gəncə” klubları üz-üzə gəliblər.

Oyun “Abşeron” komandasının üstünlüyü ilə keçib. Famil Ağayevin yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, 12 xalı olan “Abşeron” turnir cədvəlinə liderlik edir. “Azərreyl” və “Murov Az Terminal” 9 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Hərəyə 3 xalı olan “Milli Aviasiya Akademiyası” və “Gəncə” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Sonuncu yerdə olan UNEC-in isə xalı yoxdur.

“Abşeron” – “Gəncə” 3:0 (25:19, 25:22, 25:21)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp