Frenk Lempard ABŞ-da işləyə bilər. İngilis mütəxəssis MLS-dən təklif alıb.
Futbolinfo.az xəbər verir ki, “Şarlott” sabiq yarımmüdafiəçini baş məşqçi postuna gətirmək istəyir. Artıq Lempardla ilkin danışıqlar aparılıb.
ABŞ klubu dekabrın sonunadək yekun qərarını verəcək. “Çelsi”dən ayrılandan bəri işsiz olan mütəxəssis bu təyinata razıdır.
“Şarlott” rəhbərliyinin digər namizədi “Lester”in sabiq baş məşqçisi Din Smitdir.