“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turunun açılış oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, “Neftçi” və “NTD-İndiqo” klubları arasında keçirilmiş oyuna qonaqlar fəal başlayıblar.

Üstünlüyünü oyunun sonuna qədər davam etdirən “NTD-İndiqo” yekunda 93-71 hesablı qazanıb. Ən məhsuldar basketbolçular “Neftçi”də Toraje Breyk (23 xal, 4 asist), “NTD-İndiqo”da isə Cared Smol (38 xal, 8 ribaund) olublar.

Shares: