Son 5 mövsümdə avrokuboklarda ölkələrinə ən çox xeyir verən komandalar açıqlanıb.
Futbolinfo.az saytı xəbər verir ki, araşdırma ölkələrin topladıqları ümumi reytinq xalına faiz baxımından ən çox pay sahibi olan komandalar üzərindən aparılıb.
Bu siyahıda “Qarabağ” Avropanın üçüncüsüdür. Ağdam təmsilçisi son 5 mövsümdə Azərbaycanın topladığı ümumi əmsalın 73 faizinə sahibdir. Bu da 13.250 xal edir. Qurban Qurbanovun kollektivi yalnız Lixtenşteyn “Vaduts”u (10.000 xal – 100 faiz) və Moldova “Şerif”indən (10.000 xal – 76 faiz) geri qalır.
İlk “100-lüy”ə Azərbaycanın başqa təmsilçisi düşməyib.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm ölkə reytinqinə 2.750 xal qazandırıb.