İngiltərə klubu “Brayton” ölkə çempionatında 89 illik rekordu təkrarlayıb. Komanda bir mövsüm ərzində ardıcıl 15 oyunda həm qol vurmaqla, həm də buraxmaqla buna nail olub.

İngiltərədə bunu sonuncu dəfə 1934/1935 mövsümündə “Vulverhempton” bacarmışdı. Eyni göstəricini 89 ildən sonra “Brayton” təkrarlayıb.

Qeyd edək ki, “Brayton” İngiltərə Premyer Liqasında 15 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb. Roberto De Zerbinin kollektivi bu qarşılaşmalarda 32 qol vurub, 27-ni buraxıb.

Shares: