Argentina millisinin futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Leonidasın rekordunu təkrarlayıb.
Futbolinfo.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna millidəki son 15 matçın 14-də fərqlənməklə nail olub.
Təcrübəli forvard 2022-ci il iyunun 5-dən 2023-cü il sentyabrın 8-dək 14 qarşılaşmada qol vurub. Messinin seriyası oktyabrın 13-də Paraqvayı 1:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələsinin görüşündə qırılıb. Messi həmin oyunun ikinci hissəsində meydana çıxıb.
Leonidas isə 1932 – 1940-cı illərdə 15 görüşün 14-də fərqlənməyə nail olub.