18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda üçüncü matçında latviyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib – 0:3 (19:25, 14:25, 17:25).

Komandamız daha öncə Polşa və Ukraynaya da eyni hesabla uduzmuşdu.

Millimiz dekabrın 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək.

Shares: