MBA-da bu gecə 11 oyun keçirilib. Onlar arasında “Hyuston” komandasının qələbəsini qeyd etmək olar.

“Rokets” ardıcıl 3 məğlubiyyətdən sonra qalib gəlməyi bacarıb. Texas təmsilçisi “Oklahoma-Siti Tander”i 110:101 hesabı ilə məğlubiyyətə uğradıb. Görüşün ən məhsuldar oyunçusu qonaq komandanın kanadalı basketbolçusu Şey Aleksander olub. O, 33 xal toplayıb. Meydan sahiblərinin türkiyəli basketbolçusu Alperen Şengün 35 dəqiqə ərzində 21 xal toplayıb. Bundan başqa onun aktivində 6 ribaund və 7 asist də var.

Digər oyunlar arasında ən diqqətçəkəni “Dallas Maveriks”in “Yuta Caz”ı məğlub etməsidir. Luka Donçiçin tripl-dabl etdiyi oyunda fərq 50 xal olub. 147:97. Sloveniyalı basketbolçu tripl-dablların sayına görə əfsanəvi Larri Bördü qabaqlayaraq MBA tarixində 9-cü pulləyə yüksəlib.

“Los-Anceles Klippers” “Denver Naggets”lə oyunlardakı tilsimi qırıb. Onlar ardıcıl 8 məğlubiyyətdən sonra nəhayət ki, qələbə qazanıblar.
“Filadelfiya Siksers” ABŞ-nin paytaxtından 131:126 hesablı qələbəylə dönüb. Coel Embiid görüşdə 50 xal toplayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp