Son vaxtlar “Audi” komandasını planlarında dəyişiklik olacağı xəbərləri yayılırdı. Xatırladaq ki, Almaniya avtokonserni “Zauber”lə birlikdə Formula 1-ün üzvü olacaq. Bu gün yayılan məlumata görə , rəhbərliyin dəyişməsi planlara təsir etməyib.
“Manager Magazin”in yaydığı xəbərə görə, şirkətin baş direktoru Hernot Dölner layihənin davam edəcəyinə dair ilk siqnallarını verib. Şirkət daxilində keçirilən toplantıların birində “Audi”nin inkişaf direktoru Oliver Hoffmana Formula 1-də iştirakla bağlı sual verilib. Bu suala cavab müsbət olub.
Çox güman ki, “Audi” əvvəlki plana uyğun olaraq 2026-cı ildən Formula 1-də iştirak etməyə başlayacaq.