Braziliyanın ən tanınmış komandalarından biri “Santos”dur . Vaxtilə bu komandada “futbol kralı” Pele çıxış edib. Dünən başa çatan çempionatdan sonra isə “Santos” yüksək liqanı tərk edib.

111 illik tarixə malik olan komanda çempionatın son turunda “Fortaleze”yə 1:2 hesabı ilə məğlub olub. Komanda çempionatı 17-ci yerdə bitirib. Bu isə növbəti il B seriyasına yollanmaq deməkdir.

Azarkeşlər matçdan sonra qalmaqal salıb, şəhərdə bir neçə avtomobil yandırılıb. Komandanı daşıyan avtobunsa da hücum olub, nəqliyyat vasitəsi zərər görüb.

Qeyd edək ki, “Santos” ölkənin ən titullu komandalarından biridir. Bu komanda 8 dəfə Braziliya çempionu olub. Komanda bu göstəricidə yalnız 12 dəfə çempion olan “Palmeyras”dan geri qalır.

“Santos”un əsas liqanı tərk etməsi ilə A Seriyasını tərk etməmiş cəmi iki klub qaldı. Bunlar “San Paulu” və”Flamenqo”dur.

Shares: