Madrid “Real”ının dolmuş lazareti tədricən boşalmağa başlayır. Klub və tibbi personal Arda Gülərlə Orelyen Tçuameninin sağalmasını müşahidə edirlər. Verilən məlumata görə, hər ikisi gələn həftə meydana çıxa biləcək. Çox güman ki, “Vilyareal”la evdə keçiriləcək oyunda futbolçulardan istifadə ediləcək.

Məlumata görə, rəhbərlik tələsmək fikrində deyil. 17-də keçiriləcək oyuna qədər futbolçuların müalicəsi tam sağalmasa, məşqçilər korpusu risk etməyəcək. “Real”ın sonrakı oyunu dekabrın 21-dədir. Bu, həm də ilin son oyunudur. Məlumata görə, Madriddə havanın soyuması gözlənilir. Həmin vaxt tempratur müsbətin altına düşəcək. Belə olan halda, hər iki futbolçunun meydana çıxması gələn ilə qalacaq.

Shares: