Andrea Pirlo “Real”da oynaya bilərmiş. O, hətta madridlilərlə müqavilə də bağlayıbmış.

Futbolinfo.az xəbər verir ki, İtaliya millisinin üzvü bu barədə “Radio Serie A”ya müsahibəsində bu barədə danışıb: “Kalçapoli” vaxtı İtaliya futbolunda qarışıqlıq idi. Heç kim nə olacağını bilmidi. Mən də o vaxt “Real”la müqavilə imzaladım”.

Pirlonun qərarını dəyişməyinin də səbəbi var: “Sonra bəlli oldu ki, “Milan” bu qalmaqaldan uzaqdır. “Rossonyerlər” A Seriyasında saxlanıldı, mən də “Real”la müqaviləmi aktivləşdirmədim, qalası oldum”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp