“Mançester Yunayted”in adı hər gün bir futbolçu ilə yanaşı hallanır. İndi də Doniell Malenin İngiltərə klubuna keçidi haqda haqda söhbətlər dolaşır.

Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” baş məşqçi Erik ten Haqla yola getmədiyi üçün əsas heyətdən kənarlaşdırılan Ceydon Sançonun əvəzinə onu almaq niyyətindədir. Sanço yanvarda yola salınandan sonra bu transfer aktual olacaq.

Dortmund “Borussiya”sının futbolçusunun hədəfə düşməsinin səbəbi də bəllidir. Ceydon da vaxtilə bu klubdan alınmışdı. İndi Sançonun Almaniya klubuna qayıtmaq ehtimalı yaranıb. Mançesterlilər onu Malenlə dəyişmək istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp