Erik ten Haq vəziyyətin düzələcəyinə əmindir. “Mançester Yunayted “in baş məşqçisi uğursuz nəticələrin bitəcəyini və komandanın sürət yığacağını düşünür.

Futbolinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis komandada böhran olmadığını düşünür: “Çelsi” üzərində qələbə doğru yolda olduğumuzu göstərdi. Sakit olmalı, işimizə davam etməliyik. Əsas olan problemləri blməyimiz, onları aradan qaldırmağa çalışmağımızdır”.

Çalışdırıcı komandanın paltardəyişmə otağında başverənlərlə bağlı da danışıb: “Deyilənlər vecimə deyil, heç bir səs-küy yoxdur. Kim nə istəyir düşünsün. Vəziyyətə hakimik, daha yaxşı olmasına çalışırıq”.

Komandanın yarımmüdafiəçisi Sofyan Amrabat da məşqçisini müdafiə edib: “Ten Haq dünyanın ən yaxşı məşqçilərindən biidir. Hamımız onun arxasındayıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp