“İrəvan”dan ayrılan Ruslan Hacıyev I Liqa klubundan AFFA-ya şikayət edib. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.
O bildirib ki, bir neçə ayın maaşını almadığı üçün bu cür addım atıb: “Şikayət etmişəm və cavab gözləyirəm. Özüm isə hazırda heç nə ilə məşğul deyiləm. Fərdi məşqlərlə kifayətlənirəm. AFFA-nın “İrəvan”la olan problemimlə bağlı qərarını gözləyirəm”.
Xatırladaq ki, bir müddət öncə bəzi futbolçular maaşlarını ala bilmədiyi üçün komandanın məşqlərini boykot etmiş, sonra isə heyətdən kənarlaşdırılmışdı. İndi onlar hüquqlarını qorumaq üçün AFFA-nın qapısını deyir.