Noni Madueke “Çelsi”dən ayrılmaq istəyir. 21 yaşlı futbolçu London kubunda yetərincə şans ala bilmədiyi üçün bu fikrə düşüb.
Futbolinfo.az xəbər verir ki, ingiltərəli oyunçu, ümumiyyətlə, gələcəyini “zadəganlar”la görmür. O, qışda satılması, ən azı uzunmüddətli icarəyə verilməsi üçün kluba müraciət, hətta təzyiq edəcək.
PSV-nin düşərgəsində yetişən Nigeriya əsilli sağ cinah hücumçusu bu ilin yanvarında “Çelsi”yə keçib. Londonlular onun üçün Niderland nəhənginə 35 milyon avro ödəyib. Madueke ilə müqavilənin müddəti bir mövsüm artırmaq şərti ilə 20300-cu ilin yayına qədərdir.