“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen belindəki ağrılara görə əməliyyat edilib. Almaniya millisinin üzvü Fransada cərrah masasına uzanıb.
Futbolinfo.az xəbər verir ki, klub qolkiperin səhhəti ilə bağlı məlumat yaymağı lazım bilmir. Onun nəvaxtadək sağalacağı da açıqlanmır.
Xatırladaq ki, Ter Şteqen uzun müddətdir bel nahiyəsində şiddətli ağrılardan əziyyət çəkirdi. O, noyabrda yığmanın düşərgəsində aldığı növbəti zədədən sonra əməliyyat qaçılmaz oldu.