2024-cü ildə keçiriləcək Amerika Kubokunun püşkü atılıb. Turnirdə yenə 16 komanda mübarizə aparacaq.

Ötən il dünya çempionu olan Argentina yığması Peru, Çili və Kanada – Trinidada Tabaqo cütünün qalibi ilə mübarizə aparacaq. Brazilya millisinin rəqiblərinn biri də hələ dəqiqləşməyib. Kosta-Rika – Honduras görüşünün qalibi “sambaçılar”la eyni qrupda oynayacaq.

A qrupu: Argentina, Çili, Peru, Kanada/Trinidad Tabaqo

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika/Honduras

Amerika Kuboku 20 iyun – 14 iyul aralığında ABŞ-də keçiriləcək.

Shares: