Alvaro Morata ən çox sevdiyi üç hücumçunun adını açıqlayıb. “Atletiko”nun və İspaniya millisinin aparıcı üzvü öz mövqeyində çıxış edənlər arasında öz həmvətənini də görür.

Futbolinfo.az xəbər verir ki, Morata hazırda Avropa nəhənglərində oynayan hücumçular arasında “Real”dan Xoselu, “Bayern”dən Harri Keyn və “Barselona”dan Robert Levandovskini ən yaxşı sayır. Alvaro xüsusilə polşalı forvarda heyrandır. O, Levandovskini Kərim Benzema və Lus Suareslə birgə arzuladığı möhtəşəm üçlükdə görür.

Shares: