WTA reytinq xallarının hesablanması qaydasını yeniləyib. Bundan sonra reytinq xalları turnirin kateqoriyasına uyğun olacaq.

2024-cü ildən etibarən WTA-125 kateqoriyasının qalibi 125 xal, WTA-250 – 250 xal, WTA-500 – 500 xal, WTA-1000 – 1000 xal alacaq. Əvvəllər tennisçilər qələbəyə görə müvafiq olaraq 160, 280, 470 və 900 xal alırdılar.

Dəyişikliklər “Böyük dəbilqə” turnirlərinə təsir etməyəcək. Onların qalibləri əvvəlki kimi 2000 xal alacaqlar.

WTA turunun 54-cü mövsümü bu il dekabrın 29-da başlayır və 16 noyabr 2024-cü ilə qədər davam edəcək. Buraya 4 “Böyük dəbilqə” çempionatı, 10 WTA-1000, 16 WTA-500 və 23 WTA-250 turnirləri daxildir. Onlardan başqa 2024-cü il Olimpiya oyunlarındakı tennis turniri, WTA Finalları və “Billie Jean King” yarışlarının xalları da reytinqdə nəzərə alınacaq.

Shares: