“Los-Anceles” klubunun müdafiəçisi Corcio Kyellini MLS kubokunun finalından əvvəl futboldan gedəcəyinə eyham vurub.

“Nəyə qula asmağımı başa düşməliyəm. Başıma, ürəyimə, yaxud da ayaqlarıma… Müxtəlif variantlar mövcuddur. Bu, mənim son oyunum ola bilər”, – deyə Kyellini oyunöncəsi açıqlamasında “Goal” portalına müsahibəsində qeyd edib.

Xatırladaq ki, 39 yaşlı müdafiəçi İtaliya millisi və “Yuventus” klubunda çıxış edib. O, yığma komandanın heyətində son Avropa çempionatının qalibidir. Müdafiəçi keçən ildən MLS-də oynayır.

Shares: