Tennisdə qadınlar arasında dünya reytinqinin keçmiş bir nömrəsi Naomi Osaka idmana qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

“Sözsüz ki, daha çox titul qazanmaq istəyirəm. “Böyük dəbilqə” seriyalı yarışlarda , xüsusilə də “Rolan Qarros” və “Uimbldon”da çempionluğu hədəfləyirəm. Bundan başqa Paris Olimpiadasında da qalib gəlmək fikrim var”, – deyə yapon tennisçi bildirib.

Xatırladaq ki, 4 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərdə çempion olan idmançı yeni ilin ilk həftəsində başlanacaq Brisben turnirində çıxış edəcəyini bəyan edib. Naomi Osaka hamiləlik səbəbilə bu ilin əvvəlində tennisə ara vermişdi. İyul ayında onun övladı dünyaya gəlmişdi.

Shares: