Felipe Anderson “Latsio”nu tərk etməyə hazırlaşır. Son vaxtlar yeni macəra axtarmaq niyyətinə düşən 30 yaşlı braziliyalı qərarını verib.

Futbolinfo.az xəbər verir ki, tərəflər yayda bitəcək müqavilənin müddətini uzatmaqla bağlı razılığa gəlməyib. Ümumiyyətlə, ciddi danışıqların getdiyini də demək olmaz.

2013-18-ci illərdə Roma klubunda oynayan, 2021-ci ildə yenidən “Latsio”ya gələn yarımmüdafiəçinin niyyəti daha iddialı klubda oynamaqdır. “Yuventus”da bu şansı qaçırmaq istəmir. Turinlilər onunla danışıqlara başlamağa hazırlaşır.

Shares: