Yarıyüngül çəki dərəcəsində (70 kq) UFC çempionu, avstraliyalı Aleksandr Volkanovski Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldonun ondan nə istədiyini dilə gətirib. Volkanovskinin sözlərinə görə , Kriştiano Səudiyyə Ərəbsitanında böyük bir MMA turnirinin təşkilini arzulayır.

“Biz söhbət etdik. Bu, qeyri-adi bir hissdir. O mənim Səudiyyə Ərəbistanında döyüş keçirməmi istəyir. Eyni sözləri Adesanyaya da deyib. Məqsəd orada böyük bir yarış təşkil etməkdir. Mənim bu işdə böyük əməyim ola biləcəyindən xəbərdardır. Məhz buna görə də işə başlamamı xahiş edir”, – deyə Volkanovski MMA-nın Youtube kanalına müsahibəsində vurğulayıb.

Shares: