Bu gün Misli Premyer Liqasında 16-cı tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

“Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Ağdam klubu liderliyini, “Sumqayıt” isə 3-cü pillədəki mövqeyini qorumağa çalışıb. Bol qollu matç “Qarabağ”ın böyükhesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ” – “Kəpəz” və “Zirə” – “Araz-Naxçıvan” oyunları dekabrın 9-da, “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” matçları isə ayın 10-da baş tutacaq.

Misli Premyer Liqası
16-cı tur

8 dekabr

“Sumqayıt” – “Qarabağ” 1:6
Qollar: Erik Sorqa, 43 – Leandro Andrade, 21; 73. Olavio Juninyo, 29. Abdullah Zubir, 33. Yassin Benzya, 58. Hamidu Keyta, 86.
“Kapital Bank Arena”, 19:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: