Mərt Hacıyev 5 ildir idmanın uşu-sanda növü ilə məşğul olur. 9 yaşlı idmançı bu illər ərzində bir çox naliyyətlərə imza atıb.

Mərt son olaraq Bakı şəhərində təşkil olunan Azərbaycan çempionatında öz çəkisində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıb. Gələcəyin ulduzunun əsas məqsədi Azərbaycan milli komandasının tərkibinə qatılıb beynəlxalq turnirlərdə iştirak etməkdir.

159d5d39 6eb9 4a45 9396 7a7e5f2eb531 - Futbolinfo.az

Mərtin şəxsi məşqçisi Sadiq Hacıyev tələbəsinin böyük potensiala malik olduğunu və gələcəkdə Azərbaycan millisinin dəyişilməz simalarından biri olacağına vurğulayır.

Çəkiliş zamanı uşaq və yeniyetmə uşaqların necə həvəslə, istəklə məşq etdiyinin şahidi olduq. Sevindirici hal odur ki, burada məşq edən idmançılar iştirak etdikləri yarışlarda bir sıra uğurlara imza atıblar. Söhbətimiz zamanı onlar uşu-sandaya olan sevgilərindən və gələcək üçün əsas planlarından danışdılar.

Qeyd edək ki, mingəçevirli döyüşçülər növbəti ilin fevral ayında paytaxt Bakıda təşkil olunacaq respublika çempionatına hazırlaşırlar. Əsas məqsəd bu yarışda da uğurlu nəticə qazanıb doğma şəhərə medallarla qayıtmaqdır.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: