Azərbaycanın qadın badmintonçulardan ibarət yığma komandası Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komandamız Estoniya millisi ilə qarşılaşıb.

Qarşılaşma estonların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız təsnifat mərhələsində sonuncu oyunu sabah Slovakiya millisinə qarşı olacaq.

Azərbaycan yığması ilk turda Şotlandiyaya da uduzmuşdu – 0:5.

Shares: