Misli Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.

“Qəbələ” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

“Zirə” isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Daha öncə “Sumqayıt” evdə “Qarabağ”a 1:6 hesabıyla uduzub. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
16-cı tur
9 dekabr

“Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Shares: