Bu gün Misli Premyer Liqasında 16-cı turun növbəti oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, turun ikinci günündə meydana çıxacaq “Qəbələ” “Kəpəz”lə görüşəcək. Matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Bu görüş komandaların 26-cı dueli olacaq. “Qəbələ” indiyədək 25 dəfə qarşılaşdığı “Kəpəz”lə matçlarda üstünlüyə malikdir. Bu oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.

Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 6 dəfə məğlubiyyətlə üzləşib. “Qəbələ” top fərqində də öndədir – 33-20. Bu duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox – hərəyə 3 qol vurub.

13-cü dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlib, 4 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 16 qol vuran “Qəbələ” öz qapısından 8 top buraxıb.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Kəpəz” matçı saat 15:00-da başlayacaq.

Shares: