Yeddiqat dünya çempionu Lyuis Həmilton FİA-nın ilin yekun tədbirini Bakıda keçirməsindən narazılığını ifadə edib.

“Bakını xoşlayıram. Gözəl yerdir. Ancaq beynimdə bir sual var, FİA tədbiri bura salanda ekologiya haqda fikirləşib: buraya çoxlu adam gəlib, federasiya isə Parisdə yerləşir, fikrimcə Qala-tədbiri də orada keçirsəydi, daha yaxşı olardı.

Axşamı birlikdə keçirməyimiz gözəl hissdir. Bu vaxta qədər tanımadığım pilotlarla rastlaşdım. Onların hər birinin nailiyyətləri var”, – deyə “Mersedes” komandasının ingiltərəli pilotu qeyd edib.

Xatırladaq ki, 2019-cu ildən etibarən FİA-nın mükafatlandırma tədbiri Avropada keçirilir. Bakıdan əvvəl mərasimə Paris, Cenevrə və Bolonya ev sahibliyi edib.

Shares: