Beynəlxalq Boks Assosasiyasının prezidenti Umar Kremlyov BOK-un prezidenti Tomas Baxın istefaya göndərilməsini tələb edib.

“Tomas Bax vəzifəyə layiq deyil. O, postunu tərk etməlidir. Rüşvətxorluq bir tərəfə, idmançıların layiq olduqları oğurlanır və çapılır. Hazırda idmançılar qladiator, qul kimidirlər. Olimpiadadan gələn qazanc idmançılara verilmir, hamısını məmurlar götürür. Milyonlarla dollarlar qazanırlar, çarter reysləri ilə uçurlar, ən yaxşı otellərdə qalırlar. Pulu isə Olimpiya ailəsi ödəyir. Bax yaxşı yeyir və dolanır. Bax idmançıları talan edir. Ondan heç bir qorxum yoxdur”, – deyə Kremlyov qeyd edib.

Əlavə edək ki, mətbuat konfransı zamanı İBA gələn il keçiriləcək dünya çempionatında boksçulara çatacaq mükafat fondunu da açıqlayıb. Kişilərin mükafat fondu 10 milyon dollar təşkil edəcək.

Shares: