Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Xəzri” heyətini yeni oyunçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir k, paytaxt təmsilçisi Cənubi Sudandan olan Makol Mavyenlə anlaşıb.
27 yaşlı basketbolçu mövsümün sonunadək “Xəzri”nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Makol Mavyen daha əvvəl Monteneqronun “Mornar” klubunda çıxış edib.