“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyundan sorna baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qolları vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissənin 11-ci dəqiqəsində rəqib ilk dəfə cərimə meydançamıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. “Qəbələ” ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Bilirdik ki, çətin olacaq. Yeni gələnlər var. Amma oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq.
Hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir VAR-dakı bildirdi ki, top başqa oyunçudan çıxıb. Autu səhv verir. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal saxlanılır. VAR-da olan hakim yəqin xətti çəkib”.