AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Tədbirin dekabrın son ongünlüyündə reallaşması gözlənilir.
Futbolinfo.az xəbər verir ki, hələlik AFFA-nın dəqiq planı yoxdur. İclasın yanvarın əvvəlinə təxirə salınması da mümkündür.
Komitə üzvlərininin budəfəki toplaşmasının əsas səbəbi AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının vaxtını müəyyən etməklə bağlıdır. Yeni ilin ilk üç ayı ərzində assosiasiyada prezident seçkiləri keçirilməlidir və onun vaxtını da İK təyin edir.
İclasda həmçinin aşağı yaş qrupundan ibarət millilərin baş məşqçilərinin taleyi müəyyən olunmalıdır. Eyni zamanda əsas milliyə baş məşqçi seçimi üçün yaradılacaq İşçi Qrupunun tərkibi təsdiqlənməli, fəaliyyət planı dəqiqləşməlidir.