Abdullah Zubir “Qarabağ” klubunda 50-ci qolunu vurub. Yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

32 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la səfər matçında qol sevinci yaşayıb. Fransalı oyunçu Ağdam klubunda 236-cı oyununda 50-ci qolunu vurub. O, Premyer Liqada 38, ölkə kubokunda 1, avrokuboklarda 11 dəfə fərqlənib.

Legionerin ilk qolu debüt etdiyi 2018/19 mövsümündə qeydə alınıb. O, 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə ev matçında (4:1) iki qola imza atıb.

Shares: