“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Onun yubileyi Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.
25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev ölkəmizdə yalnız “Sumqayıt”da forma geyinib.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad ilk dəfə 2018-ci il avqustun 18-də, “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.
Qeyd edək ki, “Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.