Almaniyanın “Bayern” klubunun futbolçusu Serj Qnabri 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçinin “Ayntraxt”a 1:5 hesabı ilə uduzduqları Bundesliqa matçında zədələnməsi səbəb olub.

66-cı dəqiqədə oyuna qoşulan futbolçu iki dəqiqə sonra rəqiblə toqquşduqdan sonra meydanı tərk edib.

Bu, almaniyalı futbolçunun cari mövsümdə ilk zədəsi deyil. O, daha əvvəl də bir neçə qarşılaşmanı buraxıb.

Qnabri cari mövsüm Bundesliqada 5 matçda iştirak edib.

Shares: