Komandaların və Formula 1-in cavabdehliyini tənzimləyən razılıq müqaviləsinin müddəti 2025-ci ildə bitir. “Ferrari” komandasının rəhbəri Frederik Vasyörün sözlərinə görə, yeni sözləşməni imzalamazdan əvvəl hər bir detala fikir vermək lazımdır.
“Hazirki vəziyyətdə format, təşkilat və reqlamentin heç bir mənası yoxdur. Lakin komandaların sayı 11-ə çatdıqda məsələ başqa cür olacaq. Biz daha zəif ola bilərik. Biznes artırsa , bu hər kəsin marağınadır. Lakin mən bunun belə olacağından əmin deyiləm.
Bunu yaddan çıxarmaq olmaz. Komandaların hər bir yığıncağında məsrəflərin artırılmasını tələb edirik. Biz inflyasiyanı nəzərə alırıq, əmsallara baxırıq. Kapital xərcləri hesablayırıq. Bizə isə gəlirin az olacağını bildirirlər.
Belə dəyişikliklər çox olduqda biznesi aparmaq da asan deyil. Ən pisi isə odur ki, biz əvvəlkilərdən dərs götürmürük. Bu isə çox ciddi problemdir”, – deyə Vasyör qeyd edib.