Futbol üzrə Azərbaycan I Liqasənda mübarizə aparan “Mingəçevir” 11-ci turda öz meydanında “Araz Saatlı” ilə qarşılaşacaq. “Nur şəhəri”nin təmsilçiləri bu oyuna hazırlaşır.

Dünənki məşq zamanı baş məşqçi Ədəhim Niftəliyev futbolçularını çox yormayıb. Müxtəlif isinmə hərəkətləri və “kvadrat”dan sonra qapıya zərbələrlə hazırlıq tamamlanıb.

Qeyd edək ki, “Mingəçevir” – “Araz Saatlı” oyunu dekabrın 14-də, saat 14:00-da start götürəcək.

Shares: