“Mançester Yunayted” Çempionlar Liqasının A qrupunda 4 xalla sonuncu yeri tutub. Bu, klubun tarixində ən pis nəticədir.
İngiltərə klubu Avropada yalnız “Kopenhagen”dən bir dəfə üstün ola biliblər (1:0), “Qalatasaray”la isə səfərdə 3:3 hesablı heç-heçəyə razılaşıblar. Digər oyunlarda isə bu komandalara və ik dəfə “Bayern”ə məğlub olublar. Komanda bununla 6-cı dəfə Çempionlar Liqasının qrupundan çıxa bilməyib. Amma əvvəlki 5 halda komanda azı 6 xal toplaya bilmişdi.
Çempionlar Liqasının son 10 mövsümündə “qırmızı şeytanlar” yalnız 3 dəfə pley-offa vəsiqə qazana biliblər, 3 dəfə qrupda qalıblar, 4 dəfə isə ümumiyyətlə yarışda iştirak etməyiblər. Bundan başqa, “Mançester Yunayted”in qrupdakı sonuncu pilləsi İngiltərə təmsilçiləri üçün 4-cü haldır. Eyni zamanda, “qırmızı şeytanlar” İngiltərə klubları arasında indiyədək ÇL-də qapısından ən çox top buraxmış komanda olub – 15 qol.