“Bayern” Manuel Noyerə əvəzedici axtarır. Münhen təmsilçisi yaxınlarda müqavilə müddətini uzatdığı təcrübəli qapıçıdan sonrakı əlcək sahibini seçir.
Futbolinfo.az xəbər verir ki, “çərçivə”ni hər zaman ən yaxşılara etibar etməsi ilə seçilən almanlar axtarışa inddən çıxmaqla Noyerin vidası zamanı çətinlik yaşamamaq niyyəti güdür. Çoxsaylı namizədlər arasında isə istedadına ümid bəslənən gənclər də var.
“Bayern” aylardır “Tuluza”nın 18 yaşlı qolkiperi Giyom Restə göz qoyur. Fransa klubunda yetişən oyunçunun hazırkı qiyməti 9 milyon avrodur. Münhenlilər eyn zamanda Qreqor Kobel (Borussiya D), Mayk Menyan (Milan) və Aleksandr Nubelin (Ştutqart) çıxışını da izləyir.