Donni van de Bek “Mançester Yunayted”dən ayrılacaq. Heyətə düşməkdə çətinlk çəkən niderlandlı elə bu qış yeni komandasının düşərgəsinə yollanacaq.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin əsas müştərisi “Ayntraxt”dır. Almanya klubu həm futbolçunun özü, həm də İngiltərə təmsilçisi ilə danışıqlarda fəallaşıb. Yanvarda Donninin Frankfutra keçməsi realdır.
Yarımmüdafiəçinin daha bir namizədi “Jirona”dır. Lakin La Liqanın lideri onu icarəyə götürmək istəyir, ingilislər isə satışda maraqlıdır.
2020-ci ildə “Ayaks”dan 39 milyon avroya transfer edilən futbolçunun “Mançester Yunayted”lə 2025-ci ilin yayınadək müqavləsi var.