İdman Arbitraj məhkəməsi (CAS) qazaxıstanlı idmançı Nicat Rəhimovun Rio Olimpiadasında qızıl medalının ləğvini təsdiq edib. Əslən azərbaycanlı olan atlet dopinqə görə çempionluqdan məhrum edilib. Onun 2016-cı ilin martından başlayaraq göstərdiyi bütün nəticələr ləğv olunub.

Xatırladaq ki, ötən ilin mart ayında Nicat Rəhimovu analizini dəyişdirdiyinə görə 8 illik yarışlardan kənarlaşdırmışdılar. Apellyasiya verilsə də, məhkəmə qərarın düzgünlüyünü təsdiq edib.

Nicat Rəhimovun 30 yaşı var. Olimpiya çempionluğundan məhrum edilsə də, onun 2015-ci ildəki dünya çempionatındakı qızıl medalı qüvvədə qalır.

Shares: