İsraillə Fələstin arasında yaşanan konfliktə görə, Tel-Əvivin “Makkabi” komandası ev oyunlarını Serbiyada keçirmək məcburiyyətindədir. Oyunların Belqradda keçirilməsi və digər məsrəflərin artması komandanın maliyyə vəziyyətinə təsir edib. Bu səbəbdən də, rəhbərlik basketbolçuların məvaciblərini 15% aşağı salıb.

Bundan başqa, klub rəhbərliyi Avroliqanın nizamnaməsində qeyd edilmiş bənddən də istifadə etmək fikrindədir. Qanuna əsasən, fors-major hallarında klub basketbolçuların məvacibini hər ev oyununda 1% azalda bilər.

Qeyd edək ki, “Makkabi”nin evdə bu mövsüm daha 12 oyunu qalıb. 13 turdan sonra İsrail komandası 7 qələbə ilə turnir cədvəlinin ortalarında , 9-cu pillədə qərarlaşıb.

Shares: