Dünyanın 4 nömrəli raketka ustası Yannik Sinner Formula 1-in rəsmi dostu elan edilib. 22 yaşlı italyan tennisçi Formula 1-in müəyyən qran-prilərinə təşrif buyurmaqla, bu idman növünün populyarlaşmasında xidmət göstərəcək.

“Bir italyan kimi, Formula 1 mənim qanımdadır. Bu səbəbdən də , dünyanın bir nömrəli brendi ilə yanaşı , həm də avtoidmanın bir nömrəli yarışı ilə əməkdaşlıqdan məmnunam. Mənim üçün bu, böyük şərəfdir. Formula 1-in “Dost”u olmaqdan qürur duyuram.

Bir sözlə, mən avtoidmanı, avtomobilləri, sürəti çox sevirəm. Belə bir sevginin səbəblərindən biri , avtoidmanla tennis arasında sinerjinin olmasıdır. Hər iki idman növündə hər şeyi kiçik detallar həll edir. Bu mənada da oxşarlq var”, – deyə Formula 1-in rəsmi saytına verdiyi müsahibədə Yannik Sinner qeyd edib.

Shares: