“Bizi vacib qarşılaşma gözləyir. “Hakken”lə oyuna tam hazırıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç Bakıda İsveçin “Hakken” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi istədikləri nəticəni qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

O, hava şəraitinin pis olmasına da toxunub: “Bizə problem yaratmayacaq. Sabah əlimizdəki fürsətdən istifadə etmək və bacarığımızı meydanda nümayiş etdirmək istəyirik”.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Shares: